Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun rəmzi komandası bəlli olub.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “InStat”ın təhlilinə əsasən, “11-liy”ə "Qarabağ"dan 6, "Neftçi"dən 3, "Səbail"dən isə 2 futbolçu düşüb.
Həftənin oyunçusu adına isə "Qarabağ"dan Abdullah Zubir layiq görülüb.
Qapıçı: Şahruddin Məhəmmədəliyev – 255 (“Qarabağ”)
Müdafiəçilər: Ailton Silva - 322 (“Qarabağ”)-6, Anton Krivotsyuk – 313 (“Neftçi”)-4, Bədavi Hüseynov - 334 (“Qarabağ”)-3, Urfan Abbasov - 244 (“Səbail”)
Yarımmüdafiəçilər: Stiven Monroz – 279 (“Neftçi”)-5, Emin Mahmudov - 296 (“Neftçi”)-2, Abdulla Zubir - 349 (“Qarabağ”)-4, Xayme Romero – 303 (“Qarabağ”)-4
Hücumçular: Mahir Emreli - 320 (“Qarabağ”)-4, Rauf Əliyev – 288 (“Səbail”)-2
Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.