
Futbol üzrə Azərbaycan Premyer Liqasının ən intizamsız və intizamlı klubları müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CİES) hesabatında bildirilir. Çempionatın ən intizamsız komandası "Sumqayıt"dır. "Gənclik şəhəri" təmsilçisinə hər oyuna ortalama 3.65 vərəqə düşüb. Bunların 3.47-si sarı, 0,18-i isə qırmızıdır.
Ən intizamlı komanda isə "Qarabağ"dır. Ağdam təmsilçisinin oyunçuları ortalama hər oyuna 2 vərəqə (0,6 qırmızı, 1.94 sarı) alıblar. (Report)
1. "Sumqayıt" - 3.65 (3.47 sarı; 0.18 qırmızı)
2. "Qəbələ" - 3.47 (3.23 sarı; 0.24 qırmızı)
3. "Zirə" - 3.29 (3.11 sarı; 0.18 qırmızı)
4. "Neftçi" - 2.82 (2.64 sarı; 0.18 qırmızı)
5. "Keşlə" - 2.82 (2.64 sarı; 0.18 qırmızı)
6. "Sabah" - 2.76 (2.58 sarı; 0.18 qırmızı)
7. "Səbail" - 2.35 (2.23 sarı; 0.12 qırmızı)
8. "Qarabağ" - 2 (1.94 sarı; 0.06 qırmızı)