Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın "Albasate" klubu məşqləri bərpa edib.
Sportnet.az "5maseldescuento" nəşrinə istinadən xəbər verir ki, Sequnda təmsilçisinin bütün oyunçuları hazırlıq prosesində yer alıb.
Onlar məşq bazasına tibbi masqadan istifadə etməklə, fərdi qaydada öz maşınları ilə gəlib. Məşq zamanı bütün gigiyena qaydalarına riayət edilib.
Qeyd edək ki, Eddi İsrafilov 2019-cu ilin avqustundan "Albasete"nin formasını geyinir. İspaniya La Liqası və Sequnda martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb.