Rumıniyanın "Politexnika" klubu futbolçuları Kosmin Frazinesku və Andrey Kristya ilə müqavilələri küçədə uzadıb.
Sportnet.az-ın məlumatına görə, komanda rəhbərliyi və oyunçular əl sıxmaqdan çəkinərək, bir-birilərini dirsəkləri ilə salamlayıblar. Onlar imzanı sənədi kötük üzərinə qoyaraq atıblar.
Qeyd edək ki, Andrey Kristya 2014/2015 mövsümünün ilk yarısında "Qəbələ"nin formasını geyinib. O, 9 oyunda meydana çıxıb. 36 yaşlı hücumçunun əvvəllər üç dəfə çıxış etdiyi "Politexnika"ya növbəti qayıdışı 2019-cu ilin yayında gerçəkləşdirib. 35 yaşlı Kosmin Franzinesku isə Yassı komandasına 2015-ci ildə keçib.
The greatest video I've seen in a while. Contract extensions? Let's do it on a stump. Poli Iasi veterans Cristea and Frasinescu signed new deals at the club. Watch below. pic.twitter.com/uqJPedRZkE
— Emanuel Roşu (@Emishor) May 19, 2020