
Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov "Albasete"nin heyətində İspaniya Sequndasında XXXIII tur matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, səfər matçında rəqib "Estremadura" olub. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 45+2-ci dəqiqədə Maykel vurub.
Meydana start heyətdə çıxan İsrafilov 28-ci dəqiqədə sarı vərəqə alıb və 51-ci dəqiqədə yerini Roman Zozulyaya verib.
Bu nəticədən sonra xalını 38-ə çatdıran "Albasete" 17-ci, "Estremadura" isə 32 xalla 21-ci pillədə qərarlaşıb.