Futbol üzrə qadınlar arasında UEFA Çempionlar Liqasının qalibi bəlli olub.
Sportnet.az-ın məlumatına görə, finalda İngiltərənin "Çelsi" və İspaniyanın "Barselona" komandaları üz-üzə gəlib.
İsveçin Göteborq şəhərindəki “Qamla Ullevi” stadionunda keçirilmiş matç "Barselona"nın 4:0 hesablı qələbəsi ilə bitib. Kataloniya klubu tarixində ilk dəfə qadınlar arasında Çempionlar Liqasının qalibi olub.
Beləliklə, "Barselona" qadınlar və kişilər arasında Çempionlar Liqasının qalibi olan yeganə klub kimi tarixə düşüb.
Görüşün UEFA nümayəndəsi AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva olub.
Qeyd edək ki, qadınların yarışında Çempionlar Liqası 2001-ci ildən keçirilir.