Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bir Avropa çempionatı turnirində ən çox meydana çıxan oyunçuları açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, siyahının ilk pilləsində Portuqaliya millisinin sabiq qapıçısı Rikardu qərarlaşıb.
45 yaşlı keçmiş qolkiper AVRO-2008-də təsnifat mərhələsi daxil olmaqla 18 görüşdə meydanda olub. O, 14 dəfə təsnifat, 4 dəfə isə final mərhələsinin oyununda forma geyinib.
İkinci sırada Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən İspaniya seçməsinin sabiq futbolçusu Andres İnyesta yer alıb. 37 yaşlı yarımmüdafiəçi həmin turnirdə 17 görüşə (11 təsnifat, 6 final) çıxıb.
Digər 13 futbolçu isə müxtəlif turnirlərdə - 2008, 2012 və 2016-cı il Avropa çempionatlarında 16 dəfə meydanda olub. Onların arasında Portuqaliya yığmasının ulduz futbolçusu Kriştianu Ronaldu da var.