Ukraynanın "Olimpik" (Donetsk) klubu köməkçi-məşqçi Yaya Ture ilə yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, 37 yaşlı mütəxəssisə gələcək karyerasında uğurlar arzulanıb.
Ture komandadakı 4 aylıq fəaliyyəti ərzində İqor Klimovski, Yuri Kalitvintsev və Roman Sanjarın məşqçilər heyətində çalışıb. "Olimpik" ötən mövsümü 13-cü pillədə başa vurub.
Qeyd edək ki, Yaya Ture futbolçu kimi də bir çox klublarda, o cümlədən, İspaniya "Barselona"sında (2007 - 2010) forma geyinib.