
"Qarabağ" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Elvin Cəfərquliyevlə 3 illik yeni sözləşmə imzalayıb.
20 yaşlı oyunçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 32 oyunda 4 məhsuldar ötürmə verib.
Qeyd edək ki, "Qarabağ" daha əvvəl Maksim Medvedev və Bədavi Hüseynovun müqaviləsini uzadıb.