"Oyun asan olmadı. Hesab aldadıcı ola bilər".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Patrik Andrade evdə "Sabah"a 5:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIII tur matçından sonra "CBC Sport"a açılqmasında deyib.
Kabo-verdeli yarımmüdafiəçi rəqibin layiqli komanda olduğunu bildirib: "Hesab arasındakı fərqi matçın sonunda artırdıq”.
28 yaşlı oyunçu İsveçrədə "Bazel"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur görüşünə də toxunub: "Bunun üzərində həftələrlə işləyirik. Artıq bu matça tam motivasiya olacağıq. Məqsədimiz səfərə yalnız bizə sərfəli nəticə üçün yollanmaqdır".