
Almaniyanın "Borussiya" (Dortmund) komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Dortmund təmsilçisi Avstriya "Zaltsburq"undan Kərim Adeyemini transfer edib.
20 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atıb. Sözləşmənin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Gənc forvard yeni komandasında İngiltərənin "Mançester Siti" klubuna keçən Erlinq Holannı əvəzləyəcək.
Qeyd edək ki, Kərim Adeyemi "Zaltsburq"da keçirdiyi 41 oyunda 23 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniya millisinin də üzvü olan futbolçu 3 görüşdə 1 dəfə fərqlənib.