Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi bu gün səfərdə Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının I tur oyunu üçün "23-lüy"ü müəyyənləşdirib.
Sportnet.az-ın məlumatına görə, 66 yaşlı mütəxəssis yığmaya dəvət etdiyi 26 oyunçudan 3-nü heyətdən çıxarmalı olub.
De Byazi Anton Krivotsyuk, Abbas Hüseynov və Coşqun Diniyevin xidmətindən yararlanmamağı qərara alıb.
Rəqib baş məşqçi Məhəmməd Adıyev isə Stas Pokatilov, Yuri Loqvinenko, Temirlan Yerlanov, Marat Bıstrov, Talqat Kusyapov, Duman Narzildayev, Arman Kenesov, Aybar Jaksılıkov, Abılayxan Jumabekun xidmətindən yararlana bilməyəcək.
Qeyd edək ki, bu gün "Astana Arena"da oynanılacaq Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Yığma 3 gün sonra Serbiyanın Novi Sad şəhərində Belarusla üz-üzə gələcək.