Serbiyada ölkə çempionu məlum olub. Sportnet.az-ın məlumatına görə, "Partizan" XXVIII turda "Napredak"ı 2:0 hesabı ilə məğlub edərək tarixi ərzində 26-cı dəfə bu titulu qazanıb.
Digər görüşdə isə "Partizan"ın ən yaxın izləyicisi "Srvena Zvesda" "Radniçki"yə 1:2 hesabı ilə məğlub olub.
Beləliklə, "Partizan" "Srvena Zvezda"nı 11 xal üstələyib.
Qeyd edək ki, "Partizan" son 8 ildə 7-ci çempionluğunu əldə edib. Keçən il isə "Srvena Zvezda" çempionluğu bayram edib.