İngiltərənin "Liverpul" klubunun futbolçusu Mario Balotelli sürücülük hüququndan müvəqqəti məhrum edilib. Sportnet.az-ın məlumatına görə, buna italiyalı hücumçunun avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub.
İnsident 3 dekabr 2014-cü ildə baş verib. 24 yaşlı oyunçu "Ferrari M62" markalı avtomobili ilə saatda 175 km sürətlə hərəkət edib.
Məhkəmədə Balotellinin özü iştirak etməyib. Vəkili futbolçunun bildiriş almadığını iddia edib. Qalmaqallı forvard 800 funt sterlinq cərimələməklə yanaşı, 28 gün müddətinə sürücülük hüququndan məhrum edilib.