
"Barselona" klubu tarixində 23-cü dəfə İspaniya çempionu olub. Sportnet.az-ın məlumatına görə, Kataloniya komandası 37-ci turda İspaniya "Atletiko"sunu məğlubiyyətə uğradıb - 1:0.
Yeganə topu 65-ci dəqiqədə Lionel Messi vurub. Beləliklə, çempionatın sonuna bir tur qalmış "Barsa" xallarını 93-ə çatdıraraq, ikinci pillədəki "Real Madrid"dən 4 xal aralanıb. "Atletiko" isə 77 xalla 3-cüdür.
Qeyd edək ki, "Barselona" daha öncə 2012-2013-cü il mövsümündə İspaniya çempionluğu qazanıb. Həmin vaxt komandanın baş məşqçisi Tito Vilanova olub. Lakin Vilanova bir il öncə xərçəng xəstəliyindən dünyasını dəyişib.










































































