
İtaliyanın "Yuventus" klubu Çempionlar Liqasının final mərhələsində qarşılaşacaqları "Barselona" klubuna jest edib. Sportnet.az-ın məlumatına görə, Turin klubu İspaniya çeçmpionluğu rəsmiləşən Katalonya təmsilçisini çempionluq münasibəti ilə təbrik edib.
Bu barədə klubun rəmis tvitter səhifəsində yazılıb: "Barselona"nı çempionatda qalibiyyətə münasibəti ilə təbrik edirik. Berlində görüşərik".
Qeyd edək ki, "Yuventus" ilə "Barselona" arasında keçiriləcək final matçı 6 iyunda Berlinin "Olimpiaştadion"unda keçiriləcək.