
Qadınlar arasında futbol üzrə İtaliya Kubokunda "Breşiya" ilə "Tavanyakko" komandaları arasında keçirilmiş matç Həvəskar Futbol Liqasının prezidenti Feliçe Bellolinin lezbiyankalar barədə açıqlaması üzündən ləğv olunub. Sportnet.az-ın məlumatına görə, Belloli bu açıqlamanı martda qadın futboluna dəstək məsələsinin müzakirə olunduğu tədbirdə səsləndirib.
O bildirib ki, vəsait lesbiyanka dəstəsinə xərclənməməlidir.
İtaliya Futbol Federasiyası Belloliyə qarşı araşdırmaya başlayıb. Hərçənd səbəbkarın özü belə bir açıqlama vermədiyini bildirib.
Qeyd edək ki, kubokun finalı görüşü mayın 23-də baş tutmalı idi.