
Almaniyanın "Bavariya" klubu baş məşqçisi Xosep Qvardiola ilə müqaviləni uzatmaq qərarına gəlib. Sportnet.az-ın məlumatına görə, klubun ispaniyalı mütəxəssis ilə 1 illik müqaviləsi var.
Lakin Münhen təmsilçisi bu müddəti 2018-ci ilə qədər artırmaq niyyətindədir.
Qeyd edək ki, Xosep Qvardiola İngiltərənin "Mançester Yunayted" və "Mançester Siti" klublarının diqqət mərkəzindədir.