1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Olimpiya mükafatçısı Azərbaycan yığmasında
Ukraynalı suyatullanan, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Aleksey Priqorov karyerasını Azərbaycan milli komandasında davam etdirəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə "Veçerniy Xarkov"a Ukrayna yığmasının məşqçisi Tamara Tokmaçeva açıqlama verib.
T.Tokmaçeva bildirib ki, artıq idmançı Ukrayna millisindən çıxması barədə məktub yazıb və Azərbaycana yollanmağa hazırlaşır: "Hələ sentyabrın əvvəllərində Azərbaycan Üzgüçülük Federasiyasından müvafiq məktub almışdıq. I Avropa Oyunlarına hazırlıq zamanı ölkədə böyük akvatoriya tikilib. Yəni, Bakıda baza problemi yoxdur".
Məşqçinin sözlərinə görə, Priqorovun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil etməsi üçün Ukrayna Üzgüçülük Federasiyasından xüsusi icazəsi lazımdır: "Azərbaycan tərəfi isə idmançının hazırlığına çəkilmiş xərclərin heç olmasa, bir hissəsini kompensasiya kimi ödəməlidir".
Qeyd edək ki, Aleksey Priqorov 25 iyun 1987-ci ildə Xarkovda anadan olub. O, həm də 2004-cü ildə yeniyetmələr, 2009 və 2010-cu illərdə Avropa çempionu, 2012-ci ildə Avropa çempionatının bürünc mükafatçısı olub.