17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası Maltanın Salino şəhərində UEFA İnkişaf turnirində iştirak edəcək.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, rəqiblər Cəbəllütariq, Şotlandiya və Malta yığmaları olacaq. Hazırlıq prosesinə 20 futbolçu çağırılıb. Onlardan 2-si legionerdir.
Oyunların təqvimini və hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısı:
21 fevral. Ta Qali. Centenary stadionu. Saat 13:30
Şotlandiya – Azərbaycan
23 fevral. Ta’Qali. Centenary stadionu. Saat 10:30
Azərbaycan – Malta
26 fevral. Ta’Qali. Centenary stadionu. Saat 13:30
Oyunların başlama saatı Malta vaxtı ilə göstərilib.
|
N
|
SOYAD | AD | KLUB |
| 1 | Feyzullayeva | Aytac | Marxal |
| 2 | Gözəlova | Mədinə | 8-İOEUGİM |
| 3 | Rəhimova | Milana | 8-İOEUGİM |
| 4 | Aşırova | Samirə | Balxurma |
| 5 | Cəfərova | Fidan | Marxal |
| 6 | Atakişizadə | Rübabə | 8-İOEUGİM |
| 7 | Məmmədova | Nahidə | Marxal |
| 8 | Abdullayeva | Yasmin | Keşlə |
| 9 | Zamanlı | Züleyxa | Keşlə |
| 10 | Əhmədli | Fatimə | 8-İOEUGİM |
| 11 | Mirzəyeva | Aytac | Amasiya |
| 12 | Mürsəlova | Çinarə | UGİM Naftalan |
| 13 | Hüseynli | Fatimeyi Zəhra | Balxurma |
| 14 | Haqverdiyeva | İntizar | Amasiya |
| 15 | Seyidova | Mujgan | Balxurma |
| 16 | Hasanova | Aydan | Neftçi |
| 17 | Moore | Aria Catherine | Amasiya |
| 18 | Piriyeva | Shakar | Gömrükcü |
| 19 | Yabancı | Bushra | Gazientep Karataş (Türkiyə) |
| 20 | Mutlu | Edanur | Gazikənt (Türkiyə) |
Qeyd edək ki, Azərbaycan millisi hazırlıq prosesinə fevralın 16-da Bakıda başlayacaq. Dörd günlük toplanışın ardından yığma Maltaya yollanacaq.






































































