
Böyük Britaniyanın Qlosterşir şəhərində İngiltərə millisinin sabiq futbolçusu Steart Pirsin oğlu Harli Pirs avtomobil qəzası nəticəsində ölüb.
Sportnet.az "Guardian" nəşrinə istinadən xəbər verir ki, traktorun iştirakı ilə faciəvi hadisə nəticəsində o, yerindəcə keçinib.
Yerli polisdən verilən məlumata görə, Harlinin idarə etdiyi traktor şininn gözlənilmədən partlaması nəticəsində idarəetməni itirib və yoldan çıxıb. Xilasedicilər tezliklə gəlib çıxsalar da, gəncin həyatını xilas edə bilməyiblər. Polis hadisənin video-qeydiyyat görüntülərini əldə etmək üçün sürücülərə müraciət edib.
Harri Pirs iki qardaşdan kiçiyi olub. Onun atası millidə 78 oyun keçirib və 2012-ci ildə bir müddət yığmanın baş məşqçi səlahiyyətlərini icra edib.