AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında "Sabah" və "Qarabağ" arasında dekabrın 18-də keçirilmiş Azərbaycan Premyer Liqasının I turundan təxirə salınmış oyunda baş verənlərə baxılıb.
Sportnet.az xəbər verir ki, toplantıda hər iki kluba cəzalar kəsilib.
“Sabah” klubu oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə 2 500 manat cərimə edilib.
54-cü dəqiqədə “Qarabağ” azarkeşləri rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə klub 7 000 manat cərimələnib.
Oyun zamanı “Qarabağ” azarkeşləri oturacaqları sındıraraq, stadiona zərər vurublar. Bu səbəbdən, Ağdam təmsilçisi daha 3 000 manat ziyana düşüb. "Bank Respublika Arena"ya dəymiş ziyanı “Qarabağ” qarşılamalıdır.
Bundan başqa, oyuna təyin edilmiş vaxtdan gec gəldiyi üçün “Qarabağ”a xəbərdarlıq edilib.














































































