1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Media Komitəsindən Formula 1 bəyanatı
AFFA yanında Media Komitəsi bəyanat yayıb. Sportnet.az-ın məlumatına görə, qurum Formula 1-in Avropa "Qran-pri”sinin təşkilatçısı – Bakı Şəhər Halqası (BŞH) şirkəti ilə əməkdaşlığına dair çoxlu sual yarandığını nəzərə alaraq, bu məsələyə aydınlıq gətirməyi lazım bilib.
Bəyanatda deyilir: "Aprelin üçüncü ongünlüyündə BŞH-nin marketinq və kommunikasiyalar bölməsinin rəhbəri Nigar Arpadarai ilə əldə olunan şifahi razılığa əsasən MK-nın 28 üzvünə aid sayt və qəzetlərdə "Formula-1” ilə bağlı müxtəlif xarakterli yazılar yer almalıydı. BŞH buna görə MK-ya 5000 manat ödəməyə hazır idi. BŞH müvafiq müqaviləni hazırlayarkən MK vaxt itirməmək üçün imkan daxilində təbliğat işlərinə başlamağa qərar verdi və üzvlərini bundan xəbərdar etdi. İndi biz anlayırıq ki, sözə inanmağa dəyməzdi və müqavilənin imzalanmasını gözləmək lazım idi. Ancaq kim nə biləydi ki...
Mayın 12-də biz, nəhayət, müqaviləni aldıq və dərhal da imzalanmasına razılıq verdik. Müqavilə BŞH ilə AFFA arasında imzalanmalıydı. Təəssüf ki, mayın 19-da BŞH-dən bizə "yuxarı rəhbərliyin” 5000 manat ayırmağa və müqavilə imzalamağa razı olmadığını dedilər. Həmçinin qeyd olundu ki, guya MK-nın üzvləri Avropa "Qran-pri”sinin işıqlandırılmasıyla bağlı müqavilənin şərtlərini heç də tam yerinə yetirməyiblər. Konkret analitik materialların dərc olunmadığı deyildi. Təbii ki, biz bu iradı əsassız sayırıq. BŞH-yə hesabat şəklində göndərilən 200 link arasında analitik xarakterli yazılar da vardı. Bəli, onların sayı BŞH-nin istədiyindən az idi, amma biz müqavilə imzalanandan sonra tam rejimdə işə başlamağı düşünürdük. Hər halda, müqaviləsiz də yetərincə ciddi iş görülmüşdü. Heyf, bu iş qiymətləndirilmədi...".
AFFA yanında Media Komitəsi bütün hallarda çağırışına səs verərək, Formula 1 üzrə Avropa Qran Prisinin təbliği yolunda vaxt, enerji və əmək sərf edən bütün media qurumlarına təşəkkür edir, hər birinə yaradıcılıq uğurları arzulayır.