
"Araz-Naxçıvan" futbolçusu Vanderson Melo ilə müqaviləni yeniləyib.
Sportnet.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun rəsmi saytı məlumat yayıb.
Braziliyalı yarımmüdafiəçi daha bir il "qırmızı qurdlar"ın formasını geyinəcək.
Qeyd edək ki, Vanderson Melo 2023-cü ilin yayından "Araz-Naxçıvan"ın şərəfini qoruyur.