
Ukraynanın “Şaxtyor” klubu böyük ehtimalla, avrokubok oyunlarını Polşada keçirəcək.
Sportnet.az “Meczyki” nəşrinə istinadən xəbər verir ki, Donetsk təmsilçisi oyunlarının “Miejski Kraków” stadionunda təşkilinə dair “Visla” klubu ilə razılaşmaq üzrədir.
Krakov təmsilçisi “Şaxtyor”u doğma meydanında yüksək səviyyədə qarşılamaq üçün ciddi hazırlıq görüb. “Şaxtyor” təkcə stadionun icarəsini deyil, həmçinin oyunların tam təşkili işlərini də “Visla”ya həvalə etmək imkanını nəzərdən keçirir.
“Şaxtyor” 2022/2023 mövsümündə də UEFA Çempionlar Liqasındakı ev oyunlarını məhz Polşada keçirib.
Xatırladaq ki, “Şaxtyor” Ukrayna Premyer Liqasını üçüncü pillədə başa vurduğu üçün Avropa Liqasının təsnifat mərhələsində iştirak edəcək. Donetsk komandası “Sabah"ın Avropa Liqasındakı potensial rəqiblərindən biridir.