
“Araz-Naxçıvan” 2025/2026 mövsümünün hazırlığına yerli futbolçularla start verib.
Naxçıvan təmsilçisindən Sportnet.az-a verilən məlumata görə, legionerlərdən yalnız yeni transfer Simakala Ba-Muaka komandanın düşərgəsindədir.
Digər futbolçular yaxın günlərdə məşqlərə qoşulacaqlar.
Qeyd edək ki, “Araz-Naxçıvan” Konfrans Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq. Elmar Baxşıyevin baş məşqçi olduğu komandanın rəqibi bu gün püşkatmada müüəyyənləşəcək.