Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol" klubu Qazaxıstan Kubokunda yarımfinala vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, Kostanay təmsilçisi 1/4 finalda "Kayrat"ı 5:1 hesabı ilə üstələyib. Balayev matça start heyətdə başlasa da, 40-cı dəqiqədə zədələndiyi üçün əvəzlənib.
Qeyd edək ki, "Tobol" Qazaxıstan çempionatında 9 oyundan sonra 20 xalla ikinci pillədə qərarlaşıb. Bir matç artıq keçirən "Astana" isə 25 xalla birinci yerdədir.