
Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, son çempion "Qarabağ" doğma azarkeşlər önündə "Qəbələ"ni qəbul edib. "Azersun Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 61--cı dəqiqədə Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. 63-cü dəqiqədə isə Maqaye Qeye fərqi iki topa çatdırıb. 79-cu dəqiqədə Abdullah Zubir qonaq komandanı növbəti dəfə məyus edib.
Bu nəticədən sonra "Qarabağ" 6-cı xalını qazanıb. "Qəbələ"nin isə xalı yoxdur.
Qeyd edək ki, turun digər oyunlarında "Keşlə" səfərdə "Sabah"ı (1:0), "Səbail" isə səfərdə "Sumqayıt"ı məğlub edib (3:0). II tura sabah keçiriləcək "Zirə" - "Neftçi" oyunu ilə yekun vurulacaq.
--------------------------------------
Azərbaycan Premyer Liqasında II turun növbəti oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Bank Respublika Arena"da "Sabah" və "Keşlə" komandaları üz-üzə gəlib.
Səbuhi Bayramovun idarə etdiyi qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu ilk hissənin uzatma dəqiqəsində Vüsal İsgəndərli vurub. 73-cü dəqiqədə Sezar Meza Kolli "Keşlə"ni azlıqda qoysa da, "Sabah" say üstünlüyündən yararlana bilməyib.
Bu nəticədən sonra "Keşlə" ilk qələbəsini qazanıb.
Qeyd edək ki, turun açılış matçında "Sumqayıt" evdə "Səbail"ə böyük hesabla uduzub - 0:3.
------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha iki oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, əvvəlcə “Sabah” “Keşlə”ni qəbul edəcək. Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq matç saat 18:45-də start götürəcək. Meydan sahibləri ilk turda “Neftçi” ilə səfərdə heç-heçə ediblər – 1:1. Qonaqlar isə doğma meydanda “Qarabağ”a 1 cavabsız qolla uduzublar.
Bu komandalar milli çempionatda indiyə qədər 4 dəfə qarşılaşıblar. Bütün görüşlərdə qol vurulub. “Keşlə” son 3 oyunda uduzmayıb. “Sabah”ın meydanındakı duellərdə hər iki kollektiv rəqib qapısına yol tapıb.
Günün ikinci matçı “Qarabağ” və “Qəbələ” arasında olacaq. “Azersun Arena”dakı qarşılaşma saat 21:00-a təyin edilib. Qonaqlar ilk turda evdə “Sumqayıt”a 0:2 hesabı ilə yeniliblər.
Bu komandalar indiyədək 44 dəfə üz-üzə gəlib. Onlardan 22-də “Qarabağ”, 10-da isə “Qəbələ” 3 xala sevinib. Ağdamlılar ardıcıl 5 qələbə qazanıb. “Qırmızı-qaralar” son 8 səfərdə qalib gəlməyib. Son 4 görüşdə hər iki komanda qol vurub.
Qeyd edək ki, tura avqustun 26-da keçiriləcək “Zirə” – “Neftçi” oyunu ilə yekun vurulacaq.
II tur
25 avqust (bazar)
18:45. “Sabah” – “Keşlə” - 0:1
Qol: Vüsal İsgəndərli, 45+1
Qırmızı vərəqə: Sezar Meza Kolli, 73 ("Keşlə")
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Masazır, “Bank Respublika Arena”
21:00. “Qarabağ” – “Qəbələ” - 3:0
Qol: Riçard Almeyda, 61 (p). Maqaye Qeye, 63. Abdullah Zubir, 79
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Bakı, “Azersun Arena”