
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində V tura start verilib.
Sportnet.az-ın məlumatına görə, turun ilk oyun günündə 4 qrupda 9 qarşılaşma oynanılıb. D qrupunda 2, F və J qruplarında 3, G qrupunda isə bir matç keçirilib.
İspaniya səfərdə Rumıniyaya, İtaliya isə Ermənistana qalib gəlib. "Cırtdanlar"dan Cəbəllütariq Danimarka ilə, Farer adaları Norveçlə ev, Lixtenşteyn isə Bosniya və Herseqovina ilə səfər görüşlərində darmadağın olub.
AVRO-2020, seçmə mərhələ
V tur
D qrupu
22:45. Cəbəllütariq - Danimarka - 0:6
Qollar: Robert Skov, 6. Kristian Eriksen, 34; 50 (hər ikisi penalti ilə). Tomas Delani, 69. Kristian Qutkyaer, 73; 78
22:45. İrlandiya - İsveçrə - 1:1
Qollar: Devid MakQoldrik, 85 - Fabian Şör, 90+7
Xal durumu: İrlandiya – 15 (5 oyuna), Danimarka - 8 (4), İsveçrə - 5 (3), Gürcüstan – 3 (4), Cəbəllütariq – 0 (4).
F qrupu
22:45. Farer adaları - İsveç - 0:4
Qollar: Aleksander İsak, 12; 15. Viktor Lindelöf, 23. Robin Quayson, 41
22:45. Norveç - Malta - 2:0
Qollar: Sander Berge, 34. Coşua Kinq, 45+1 (penalti ilə)
22:45. Rumıniya - İspaniya - 1:2
Qollar: Florin Andone, 59 - Serxio Ramos, 29 (penalti ilə). Pako Alkaser, 47
Qırmızı vərəqə: Dieqo Lyorente, 79 (İspaniya)
Xal durumu: İspaniya – 15 (5 oyuna), İsveç – 10 (5), Norveç - 8 (5), Rumıniya – 7 (5), Malta - 3 (5), Farer adaları - 0 (5)
G qrupu
22:45. İsrail - Şimali Makedoniya - 1:1
Qollar: Eran Zahavi, 55 - Ariyan Ademi, 64
Xal durumu: Polşa - 12 (4 oyuna), İsrail - 8 (5), Avstriya - 6 (4), Şimali Makedoniya - 5 (5), Sloveniya - 5 (4), Latviya - 0 (4).
J qrupu
22:45. Ermənistan - İtaliya - 1:3
Qollar: Aleksandr Karapetyan, 11 - Andrea Belotti, 28; 80. Lorentso Pelleqrini, 77
Qımızı vərəqə: Aleksandr Karapetyan, 45+1 (Ermənistan)
22:45. Bosniya və Herseqovina - Lixtenşteyn - 5:0
Qollar: Amer Qoyak, 11; 89. Andreas Malin, 80 (öz qapısına). Edin Ceko, 85. Edin Vişça, 87
22:45. Finlandiya - Yunanıstan - 1:0
Qol: Teemu Pukki, 52 (penalti ilə)
Xal durumu: İtaliya – 15 (5 oyuna), Finlandiya – 12 (5), Bosniya və Hersoqovina – 7 (5), Ermənistan – 6 (5), Yunanıstan – 4 (5), Lixtenşteyn – 0 (5).