
"Bu bizim üçün çox önəmli qalibiyyət idi. Qələbəni mövsümün əvvəlindən gözləyirdik. 3 xal qazandığımız üçün həddindən artıq çox xoşbəxtik". Sportnet.az xəbər verir ki, bu fikirləri "Sabah"ın futbolçusu Amadu Diallo Premyer Liqanın VI turunda "Səbail"i məğlub etdikləri (3:0) oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 25 yaşlı hücumçu bildirib ki, kollektiv hazırkı əhval- ruhiyyəni saxlamalıdır: "Belə oynamağa davam etməliyik. Matçda qələbə qazanmaq istəyirdik. Birinci qoldan sonra müdafiəyə çəkilmədik. 2 və daha çox qol vurmaq istəyirdik. Düşünürəm ki, komandadakı qələbə yanğısı normaldır. Fransalı oyunçu deyib ki, bu qələbə "Sabah"ı uğursuzluq zolağından çıxara bilər: "İnanıram ki, bu qələbə növbəti uğurların başlanğıcı olacaq. Bu şəkildə davam edəcəyik. Diallo öz oyunu barədə də danışıb: "Artıq kollektivə oyğunlaşmışam. Komanda yoldaşlarımla bir-birimizi daha yaxşı tanımağa başlayırıq. İnanıram ki, gələcəkdə daha da yaxşı olacaq".