Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynliyə xarici klublardan təklif gəlib.
Sportnet.az xəbər verir ki, bu barədə 29 yaşlı qolkiperin özü İTV-yə açıqlamasında bildirib. Hüseynli dünya çempionatının elit-raundundakı çıxışından sonra 3 fərqli ölkənin 4 klubunun onunla maraqlandığını söyləyib.
Qeyd edək ki, Azərbaycan yığması elit-raundda qrupu 4 xalla 3-cü yerdə başa vuraraq, mübarizəni dayandırıb.