"Zirə"nin kapitanı Cavid Hüseynov Premyer Liqanın XVII turunda evdə "Qarabağ"a qarşı keçirdikləri oyunda qırmızı vərəqə alıb.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi 68-ci dəqiqədə rəqib oyunçularla mübarizədə yerdə qalıb.
Qarşılaşmanın baş hakimi Rəhim Həsənov matçı davam etdirib, Hüseynov isə hakimə sərt şəkildə etirazını bildirdikdən sonra birbaşa qırmızı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, "Qarabağ" 5:0 hesabı ilə öndədir.