1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ermənistan millisinin baş məşqçisi: "Bu siyasət deyil, idmandır"
Cüdo üzrə Ermənistan milli komandasının baş məşqçisi Tiqran Babayan ölkə mətbuatına açıqlamasında Bakıda keçiriləcək I Avropa Oyunlarında üç idmançı yollanacağını bildirib. Sportnet.az-ın məlumatına görə, bunlar Oqanes Davtyan (60 kq), David Nikoqosyan (73 kq) və Janna Stankeviçdir (52 kq).
Babayan bildirib ki, Arsen Kazaryan və Andranik Çaparyanın Azərbaycana gəlməsinə şəxsi məqşiləri və valideynləri icazə verməyib.
O, bildirib ki, Bakıya onlarla yanaşı federasiyanın vitse-prezidenti David Xitaryan da yollanacaq. Hazırda Antalyada təlim-məşq toplanışı keçən komanda iyunun 5-də Minskə gedəcək.
Tiqran Babayan açıqlamasında hələ də Bakıya iştirak edib-etməyəcəklərinə əmin olmadığını söyləyib: "Bizim idmançılar üçün Avropa çempionatı öncəsi adi yarışdır. Bu siyasət deyil, idmandır. Bəli gərginlik var, ancaq çalışırıq fikir verməyək. Əgər Avropa Oyunları ilə Avropa çempionatı eyni vaxta düşməsə idi daha çox idmançı ilə qatılardıq. Mən hələ də əmin deyiləm ki, Ermənistan Bakıda keçiriləcək oyunlarda iştirak edəcək".