
Noyabrın 2-də Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbətixeyriyyə tədbiri təşkil edəcək.
Sportnet.az xəbər verir ki, qaçış Gənclər və İdman Nazirliyinin təşkilatçılığı iləhər il olduğu kimi “Qürurla irəli” şüarı altında baştutacaq. Tədbirin məqsədi- Azərbaycanın möhtəşəmqələbəsini ehtiramla anmaq, xalqımızın birliyini, qəhrəmanlığını və dönməz iradəsini bir daha yada salmaqdır.
Qeyd edək ki, iştirak üçün qeydiyyat zamanı minimum 20 manat xeyriyyə haqqı ödənilməlidir. Toplananvəsait “YAŞAT” Fonduna ianə ediləcək.
“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər. Qaçış 10 km məsafəni əhatə edəcək vəfinişə ilk çatan iştirakçılar qalib elan edilərəkmükafatlandırılacaqlar.
Bununla yanaşı, 1–2 noyabr tarixlərində fan-zona da fəaliyyət göstərəcək. Burada qonaqları müxtəlifəyləncələr və maraqlı bayram abu-havası gözləyir.
Qaçış 2 noyabr 10:00-da start götürəcək.
Qaçışda iştirak üçün 16 yaşdan yuxarı şəxslərhttps://events.smartscoring.com/marathon linkivasitəsilə 30 oktyabr saat 12:00-dək qeydiyyatdan keçə bilərlər. Yerlər məhdud olduğu üçün iştirakçıların sayı müəyyən edilmiş limitə çatdıqda qeydiyyat avtomatik olaraq bitəcək.
Müraciəti qəbul edilmiş hər kəsin e-mailinə təsdiq məktubu və iştirakçı bələdçisi
göndəriləcək. Qeydiyyatdan keçmiş iştirakçılar 15-30 oktyabr tarixlərində, hər gün saat 09:00-dan 20:00-dək BEGOC Biznes Mərkəzinin 1-ci mərtəbəsindən şəxsiyyət vəsiqəsi və ödənişi təsdiqləyən e-mailitəqdim etməklə iştirakçı nömrəsini ala biləcəklər.
Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən
ənənəvi olaraq hər il keçirilir.