
İngiltərə "Tottenhem"inin futbolçusu Lukas Moura Hollandiyada "Ayaks"a 3:2 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündən sonra topu özünə götürüb.
Sportnet.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi "het-trik" etdiyi matçın topunu Amsterdamdan Londona yadigar aparıb. Məhz onun səfər qolları sayəsində "Tottenhem" finala yüksəlib. Həlledici qarşılaşmada rəqib "Liverpul" olacaq. Görüş iyunun 1-də İspaniyanın paytaxtı Madriddə keçiriləcək.