Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Neftçi"ni qəbul edib.
İlk yarıda hesab açılmayıb. Fasilədən sonra isə qonaqlar qolları sıralamağa başlayıb. 60-cı dəqiqədə Tural Axundov hesabı açıb. 72-ci dəqiqədə Rauf Əliyev, 89-cu dəqiqədə isə Stiven Monroz keçmiş komandasını məyus edib.
Bu qələbədən sonra xallarını 8-ə çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xala malik "Qəbələ" isə 7-cidir.
————
Bu gün Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, turun ikinci matçı paytaxtdan kənarda olacaq. Qəbələ şəhər stadionunda eyniadlı komanda "Nefçi"ni qəbul edəcək. 5 turdan sonra əyalət təmsilçisi 4 xalla 7-ci, paytaxt klubu isə 5 xalla beşinci pillədə qərarlaşıb.
Bu, komandaların çempionatda 45-ci matçı olacaq. 44 qarşılaşmanın 19-da "ağ-qaralar", 16-da isə "qırmızı-qaralar" qələbəyə seviniblər. Topların nisbətində "Neftçi"nin minimal hesablı üsrünlüyü var - 58:57. Komandalar arasındakı son 4 çempionat matçında hər iki tərəf qol vurub. "Neftçi" rəqibinə qarşı ardıcıl 9 oyunda meydanı qolsuz tərk etməyib.
"Neftçi" yay transfer dövründə "Qəbələ"nin 3 futbolçusunu heyətinə qatıb. Bunlar Voislav Stankoviç, Stiven Monroz və Rauf Əliyevdir. 2018/2019 mövsümü ərəfəsində isə Baqali Dabo transfer edilib.
28 sentyabr (şənbə)
17:00. “Qəbələ” – “Neftçi” - 0:3
Qollar: Tural Axundov, 60. Rauf Əliyev, 72. Stiven Monroz, 89
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Eyyub İbrahimov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu
Qeyd edək ki, tura sentyabrın 28-də keçiriləcək "Sabah" - "Səbail" və "Keşlə" - "Zirə" matçları ilə yekun vurulacaq.