
Azərbaycan Premyer Liqasının XV turunun “Sabah”la oyunu (2:0) beş futbolçunun “Zirə”də debütü ilə əlamətdar olub.
Sportnet.az-ın məlumatına görə, Ağabala Ramazanov, Rauf Hüseynli, George Anton, Ali Sisey və Davit Volkov start heyətində meydana çıxaraq “qartallar”ın heyətində ilk rəsmi matçlarını keçiriblər. Bununla da Premyer Liqada komandanın formasını geyinən oyunçuların sayı 85-ə çatıb. “Sabah”la qarşılaşmayadək bu rəqəm 80-ə bərabər idi.
Bu 85 oyunçudan 42-si Azərbaycan vətəndaşı, 43-ü legioner statusu daşıyır. Anton 2-ci moldovalı, Volkov 2-ci gürcüstanlıdır. Sisey isə “Zirə”nin tarixində Syerra-Leonedən olan ilk futbolçudur. Bu, futbolçusu qəsəbə klubunda oynayan 28-ci xarici ölkədir.
Aliyə qədər 27 ölkədən olan legionerlər “qartallar”ın şərəfini qoruyub: Fransa – 4, Monteneqro, Nigeriya, Serbiya – 3, Braziliya, Gürcüstan, Haiti, Moldova, Paraqvay, Rumıniya – 2, Albaniya, Botsvana, Fil Dişi Sahili, Hollandiya, İspaniya, Kamerun, Şimali Makedoniya, Malavi, Mali, MAR, Peru, Portuqaliya, Qana, Salvador, Syerra-Leone, Trinidad və Tobaqo, Ukrayna, Yunanıstan – 1.