"Qarabağ" klubunun futbolçusu Ansi Aqolli Avropa çempionatına hazırlaşan Albaniya milli komandasının heyətində növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi Qətərlə qarşılaşmada 66-cı dəqiqədə meydana daxil olub.
Həmin vaxt onun komandası öndə olub - 3:1. Bu hesab sonadək dəyişməyib.
Qeyd edək ki, Albaniya millisi iyunun 3-də Ukrayna ilə də yoldaşlıq görüşü keçirəcək. Fransaya yollanacaq yekun heyət iyunun 1-dək açıqlanacaq. Albaniya AVRO-2016-da A qrupunda Fransa, Rumıniya və İsveçrə ilə birgə yer alıb.