Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, həftənin üçüncü matçında "Neftçi" "Keşlə"ni qəbul edib. "Bakcell Arena"da baş tutan görüşün ilk yarısında hesab açılmayıb. Birinci hissədə əsas diqqət çəkən məqam meydan sahiblərinin azlıqda qalması olub. "Ağ-qaralar"ın yeni transferi Donald Gerye 34-cü dəqiqə ikinci dəfə sarı vərəqə alıb və meydanı tərk edib.
Qarşılaşmanın ikinci hissəsində də tarazılıq pozulmadığından tərəflər 1 xalla kifayətləniblər.
Xalını 7-ə çatdıran "Keşlə" "Zirə" ilə 3-4-cü yerləri bölüşür. "Neftçi" isə 5 xalla 6-cı yerdədir.
Qeyd edək ki, ilk oyun günündə "Sumqayıt" "Sabah"ı 1:0 hesabı ilə məğlub edib. "Səbail" isə evdə "Qəbələ" ilə bərabərə qalıb - 1:1. Tura sabah keçiriləcək "Zirə" - "Qarabağ" qarşılaşması ilə yekun vurulacaq.
----------
Bu gün Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, "Bakcell Arena"da "Neftçi" "Keşlə"ni sınağa çəkəcək. Saat 18:30-da başlanacaq görüşün baş hakimi İnqilab Məmmədov olacaq.
4 turdan sonra "Keşlə" 6 xalla 4-cü, "Neftçi" 4 xalla 6-cı pillədə qərarlaşıb. Meydan sahibləri qalib gəlsələr, 4-cü, qonaqlar qələbə qazansalar, 3-cü pilləyə yüksələcəklər.
Bu, iki komanda arasında Premyer Liqa tarixində yubiley - 60-cı oyun olacaq. Əvvəlki görüşlərin 31-də "Neftçi" qələbə qazanıb. Qalan 28 matçı yarısı heç-heçə, yarısı "Keşlə"nin qalibiyyəti ilə yekunlaşıb. Topların nisbətində də flaqman öndədir - 90:58.
“Neftçi” son 4 matçda qol buraxmadan qalib gəlib. “Keşlə” isə səfərdəki son 7 görüşdə xal qazanmayıb.
Azərbaycan Premyer Liqası, V tur
22 sentyabr (bazar)
18:30. “Neftçi” – “Keşlə” - 0:0
Qırmızı vərəqə: Donald Gerye, 34 (ikinci sarı)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”
Turun ilk 2 oyununda "Sumqayıt" "Sabah"a 1:0 hesabı ilə qalib gəlib. "Səbail" - "Qəbələ" matçında isə bərabərlik qeydə alınıb - 1:1. Son oyun sentyabrın 23-də "Zirə" və "Qarabağ" arasında olacaq.