
Azərbaycan II Liqasına vəsiqə uğrunda pley-off oyununun təyinatları açıqlanıb.
Sportnet.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
"ASCO Arena"da təşkil olunacaq görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Ağayevə Zeynal Zeynalovla Akif Əmirəli kömək edəcək. 4-cü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
VAR hakimi Cavid Cəlilov, AVAR isə Əli Əliyev olacaq.
Qarşılaşmanın hakim-inspektoru Babək Quliyev, AFFA nümayəndəsi Emin Cəfərovdur.
Qeyd edək ki, mayın 29-da keçiriləcək oyun saat 16:00-da start götürəcək.