Azərbaycan cüdoçusu Zelim Tçkayev Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində yer alan 27 yaşlı idmançı həlledici qarşılaşmada yaponiyalı Yuhei Oyno ilə üz-üzə gələcək.
Mübarizəyə 1/16 finaldan başlayan Tçkayev ardıcıl olaraq, çinli Jianqnan Vanq, böyük britaniyalı Laçlan Murhid, tacikistanlı Abubakr Şerov və qazaxıstanlı Abilayxan Jubanazarı üstələyib.
Bu çəkidə Azərbaycanın daha bir təmsilçisi Vüsal Qələndərzadə 1/8 finalda məhz Oynoya uduzaraq, mübarizəni dayandırıb.
Eyni zamanda 100 kq çəkidə Əjdər Bağırov, 100 kq-dan yuxarı çəkidə isə Uşangi Kokauri və Kənan Nəsibov 1/8 finalda uduzaraq, yarışla vidalaşıblar.
Final görüşləri bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, ilk yarış günündə Balabəy Ağayev (60 kq) qızıl, Ruslan Paşayev (66 kq) bürünc medal qazanıb.













































































