1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çörəyi ver çörəkçiyə...
ANAR ŞABANOĞLU
Nicat Rəhimov ad-soyadı ağırlıqqaldırma həvəskarlarına yaxşı tanışdır. Nizami Paşayevdən sonra bu növdə yetişmiş ən böyük azərbaycanlı istedad doğma ölkəsindəki haqsızlıqlara, ədalətsizliklərə dözməyib, nicatını Qazaxıstanda tapdı. Nicatı vətəndən didərgin salan bolqar "dopinq mafiyası"nın aqibəti daha acınacaqlı oldu. Bolqarların "sayəsində" dəfələrlə yasaq preparatlardan istifadə edib dopinq-testdən kəçə bilməyən atletlerimiz Olimpiya Oyunlarında iştirak imkanından məhrum edildi.
Nicat Rəhimov Azərbaycan Agır Atletika Federasiyasında "çörəkbişirən" ləqəbi verilən Əli Rəhimovun məqçiliyi ilə yetişib. O, atası ilə başını götürüb getdiyi Qazaxıstanın bayrağı altında yeni dünya rekordu müəyyənləşdirdi və "Rio-2016"nın qızıl medalını qazandı. Nicatın bu uğuru sanki haqsızlıqla üzləşən bütün vətəndaşlarımıza bir mesajdır: "Nicatınız öz əlinizdədir, əziz həmvətənlər".
Hələlik Azərbaycan olimpiadada iki gümüş medal qazanıb. Təbii ki, Rio-2016-da Azərbaycanı təmsil edən idmançıların böyük əksəriyyətini ölkəmizə yalnız pul bağlayır. Yəni, onların Azərbaycanla, idmanımızla aşağı-yuxarı heç bir əlaqələri yoxdur – muzdlu əsgərdirlər. Legionerlərin bü günə kimi göstərdiyi nəticələr bərbaddır. Bundan sonra da lap iki cüt, bir tək medal qazansalar və ya qazanmasalar, nə dəyişəcək ki? Güya hansısa Evans Kipliqatın Olimpiya Oyunlarında Azərbaycanı təmsil etməsi, medal qazanıb-qazanmaması ilə Azərbaycana və idmanımıza fayda olacaq?!
Legionerlərlə yeyilən paralar Azərbaycan idmançılarının yetişdirilməsinə xərclənməli, rekordlar, medallar müqabilində nicat rəhimovlara, ramil quliyevlərə qismət olmalı idi.
Necə deyərlər, çörəyi ver çörəkçiyə...