
Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, son oyun günündə 2 görüş keçiriləcək.
Əvvələcə "Sabah" "Zirə"ni qəbul edəcək. "Zirə" 13 xalla 5-ci, bir oyun az kaçirən "Saba" isə 11 xalla 6-cı pillədə qərarlaşıb.
Günün və turun son matçında isə "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edəcək. "Araz-Naxçıvan" 14 xalla 4-cüdür və lider "Qarabağ"dan cəmi 2 xal geri qalır. Mövsümə uğursuz başlayan "Neftçi" isə 8 xalla 9-cu yerdədir.
19 oktyabr (bazar)
16:00.“Sabah” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
“Bank Respublika Arena”,
18:30. “Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
“Palms Sports Arena”
17 oktyabr (cümə)
“Şamaxı” - “Kəpəz” - 1:4
“Turan Tovuz” - “Qarabağ” - 1:2
18 oktyabr (şənbə)
“Sumqayıt” - “Karvan-Yevlax” - 4:1
“İmişli” - “Qəbələ” - 2:2